İranın Ali lideri Müctəba Xamenei Vaşinqton Tehranın 10 şərtini qəbul etmədiyi halda İslamabadda ABŞ ilə razılaşmanın imzalanmasına icazə verməyəcək. Bu barədə İran parlamentinin birinci vitse-spikeri Əli Nikzad bildirib.
“Əgər bu 10 şərt qəbul edilməsə, Ali lider imzalanmaya icazə verməyəcək”, — deyə Fars agentliyi Əli Nikzadın sözlərini sitat gətirir.