ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 7 aprel tarixində keçirilməsi planlaşdırılan mətbuat konfransını ləğv edib. Bu barədə The Hill nəşri məlumat yayıb.
Məlumata görə, konfrans ABŞ prezidenti Donald Trampın İranla bağlı Hörmüz boğazı üzrə ultimatumunun başa çatdığı günə təsadüf edirdi.
Planlaşdırılırdı ki, tədbirdə ABŞ müdafiə naziri Pit Heqset və Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn çıxış edərək İrana qarşı hərbi əməliyyatın gedişi barədə məlumat versinlər.
Konfransın yerli vaxtla saat 08:00-da başlaması nəzərdə tutulsa da, onun ləğv edilmə səbəbi açıqlanmayıb.