Geri qayıt Çap et

Dubayda gərgin anlar – mərmi qalıqları yerə çırpıldı

Dubayın mərkəzinə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan mərminin qalıqları yerə düşüb.

Hadisə Əl-Badaa rayonunda baş verib. Məlumata görə, nəticədə 4 nəfər yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, mərmi qalıqlarının düşməsi nəticəsində qeyri-yaşayış binasında yanğın baş verib.

Rəsmi qurumlar mərminin növünü açıqlamayıb, lakin qeyd olunub ki, vəziyyət nəzarət altındadır və digər ərazilər üçün təhlükə yoxdur.

DenMedia.az