Geri qayıt Çap et

Tramp İranda rejimin dəyişdiyini iddia edir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın İrandakı əməliyyatından sonra ölkədə artıq rejim dəyişikliyi baş verib və yeni rəhbərlik “daha rasionaldır”.

Onun sözlərinə görə, əvvəlki hakimiyyət tamamilə məhv edilib və hazırda ABŞ tamamilə fərqli insanlarla qarşı-qarşıyadır.

“Rejim artıq dəyişib... indi qarşımızda tamam başqa və çox rasional insanlar var”

Bu sözləri Tramp jurnalistlərə təyyarənin göyərtəsində deyib.

Tramp kimin nəzərdə tutulduğunu və ABŞ-ın konkret kimlərlə işlədiyini isə dəqiqləşdirməyib.

Financial Times-a verdiyi müsahibədə də o, İrandakı hazırkı rəhbərliyi “tamamilə fərqli” və “çox peşəkar” adlandırıb.

Bununla yanaşı, Tramp Müctəba Xameneinin ya öldüyünü, ya da ağır yaralandığını iddia edib.

DenMedia.az