Geri qayıt Çap et

ABŞ-ın addımı şübhə doğurur - Tehran ehtiyat edir

İran hakimiyyəti ABŞ-ın danışıqlar təklifinin arxasında gizli məqsəd ola biləcəyindən ehtiyat edir. Bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran artıq Pakistan, Misir və Türkiyə vasitəçilərinə şübhələrini çatdırıb. Bu narahatlıq Vaşinqtonun Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməsi fonunda daha da güclənib.

İran tərəfi hesab edir ki, danışıqlar bəhanə ola bilər — əsas məqsəd isə onları hazırlıqsız yaxalamaqdır.

Mənbələr bildirir ki, bu qorxu əvvəlki təcrübələrə əsaslanır. Belə ki, 2025-ci ilin iyununda və 2026-cı ilin 28 fevralında zərbələr məhz danışıqlar prosesi gedərkən həyata keçirilib.

Tehran bir daha eyni ssenarinin təkrarlanacağından ehtiyat edir.

DenMedia.az