Geri qayıt Çap et

Tramp keçmiş FTB rəhbərinin ölümünə sevindi: "Tanrıya şükür, onun öldüyünə şadam"

ABŞ prezidenti Donald Tramp sosial şəbəkə Truth Social-da keçmiş FTB direktoru və xüsusi prokuror Robert Müllerin ölümü ilə bağlı sevinc ifadə edən paylaşım edib.

“Robert Müller az əvvəl vəfat etdi. Tanrıya şükür, onun öldüyünə şadam. O artıq günahsız insanlara zərər verə bilməyəcək”, – deyə paylaşımda qeyd olunub.

Robert Müller 81 yaşında vəfat edib. O, 2016-cı il ABŞ seçkilərinə Rusiya müdaxiləsi ilə bağlı araşdırmaya rəhbərlik edən xüsusi prokuror kimi tanınırdı.

2018-ci ilin iyulunda onun rəhbərlik etdiyi istintaq çərçivəsində 12 Rusiya vətəndaşına ittiham irəli sürülmüşdü.

Araşdırma zamanı həmçinin Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Pol Manaforta qarşı da ittihamlar irəli sürülmüşdü. O və tərəfdaşları Viktor Yanukoviçin Partiyası ilə əməkdaşlıqdan əldə etdikləri gəlirləri gizlətməkdə ittiham olunmuşdu.

Bundan əlavə, 2018-ci ilin fevralında 13 Rusiya vətəndaşı “trol fabriki” fəaliyyəti ilə bağlı ittiham edilmişdi – onların sosial şəbəkələr vasitəsilə seçki kampaniyasına təsir göstərdiyi iddia olunurdu.

DenMedia.az