Geri qayıt Çap et

İsrailin gizli niyyəti ifşa edildi

İsrail aviasiyası Tehrana zərbələr zamanı İran polisinin rəisi general Rza Radanı zərərsizləşdirməyə cəhd edib.

Bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İran generalına qarşı sui-qəsd hava zərbələrinin əsas hədəflərindən biri olub.

General Radanın vəziyyəti, həmçinin paytaxtdakı hücumların detalları açıqlanmır.

İran rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.

DenMedia.az