ABŞ prezidenti Donald Tramp İranla müharibə fonunda qızıl rəngli idman ayaqqabılarını satışa çıxarıb.
Bu barədə o, Truth Social sosial şəbəkəsində məlumat verib.

Söhbət Trampa məxsus Trump Sneakers brendinə aid ayaqqabılardan gedir. Paylaşımda qeyd olunub ki, bu model nadir nümunədir və Səudiyyə Ərəbistanında keçirilən Cool Arena sərgisində təqdim edilib. Hazırda həmin ayaqqabının qiyməti 180 min dollar təşkil edir.

Trump Sneakers brendi haqqında ilk məlumat 2024-cü ilin fevralında yayılıb. Ayaqqabı xətti Filadelfiyada təqdim olunub və bu təqdimat Trampın dələduzluq işi üzrə məhkəmə tərəfindən təqsirli bilinməsindən bir gün sonraya təsadüf edib.