Geri qayıt Çap et

NATO-nu “pis gələcək” gözləyir - Trampın sözləri narahatlıq yaratdı

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı səsləndirdiyi xəbərdarlığa ciddi yanaşmağa çağırıb. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Stubb bildirib ki, ABŞ prezidentinin açıqlamaları diqqətlə qiymətləndirilməlidir, çünki Vaşinqtonun mövqeyi alyans üçün mühüm əhəmiyyət daşıyır.

“Biz, əlbəttə ki, ABŞ prezidentinin dediyi hər şeyə ciddi yanaşmalıyıq.”

Finlandiya lideri əlavə edib ki, ABŞ-a kömək etmək imkanına və istəyinə malik olan ölkələr bunu etməli və edəcəklər.

Eyni zamanda o xatırladıb ki, NATO müdafiə xarakterli alyansdır və hərbi hücumlar həyata keçirmək üçün yaradılmayıb.

Bundan əvvəl Donald Tramp Financial Times qəzetinə müsahibəsində bildirib ki, əgər ABŞ müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməsələr, NATO-nu “çox pis gələcək” gözləyir.

DenMedia.az