İranın dövlət qəzeti “Farhikhtegan” yazır ki, İranın Müdafiə Şurasının katibi və həlak olmuş ali lider Əli Xameneinin ən yaxın məsləhətçilərindən biri olan Əli Şamxaninin cəsədi başsız halda torpağa tapşırılıb.
Məlumata görə, dəfn mərasimi martın 14-də, şənbə günü Tehranın şimalında yerləşən İmamzadə Saleh ziyarətgahında keçirilib.
Şamxani müharibənin ilk günü – fevralın 28-də ali liderin iqamətgahına endirilən zərbə zamanı həlak olub.