Geri qayıt Çap et

Tramp İrana zərbələrin “əyləncə xatirinə” endirilə biləcəyini dedi

ABŞ Prezidenti Donald Tramp NBC News-a müsahibəsində bildirib ki, ABŞ İranın Xark adasını “tamamilə dağıdıb” və “sadəcə əyləncə xatirinə” daha bir neçə zərbə endirə bilər.

Bu barədə o, NBC News telekanalına müsahibəsində danışıb.

Trampın sözlərinə görə, ABŞ zərbələri zamanı adanın əsas enerji infrastrukturu hədəfə alınmayıb.

“Mən elektrik xətlərinə toxunmadım, çünki onların bərpası illər çəkə bilərdi”, — deyə Donald Tramp bildirib.

DenMedia.az