Geri qayıt Çap et

Netanyahu Zelenski ilə telefon danışığı aparmaq istəyir

İsrailin baş naziri Binyamin Netanyahu Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq üçün müraciət edib. Bu barədə Ynet məlumat yayıb.

Məlumata görə, planlaşdırılan söhbətin əsas mövzusu İran pilotsuz uçuş aparatlarına qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsi olacaq.

Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk İsrail tərəfinin müraciətini təsdiqləyib. Onun sözlərinə görə, iş qrafiki ilə bağlı məhdudiyyətlər səbəbindən danışıq hələ baş tutmayıb, lakin yaxın günlərdə keçirilməsi gözlənilir.

Diplomat bildirib ki, Kiyev İranla qarşıdurmada İsrailin tərəfindədir. O əlavə edib ki, regionda gərginliyin artması fonunda iki ölkənin xüsusi xidmət orqanları daim əlaqə saxlayır.

Denmedia.az