Geri qayıt Çap et

ABŞ TikTok razılaşmasından milyardlarla dollar qazanacaq

ABŞ Prezidenti Donald Trampın administrasiyası TikTok razılaşmasında vasitəçiliyə görə 10 milyard dollar alacaq.

Bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin mənbələrinə görə, TikTok-un ABŞ bölməsinə investisiya qoyan şirkətlər, o cümlədən Oracle, Silver Lake və Əbu-Dabidən olan MGX investoru tətbiqin ABŞ-da fəaliyyətini qorumaq üçün ABŞ hökumətinə milyardlarla dollar ödəməyə razılaşıb.

Bildirilir ki, investorlar 2026-cı ilin yanvarında bağlanan razılaşmadan sonra ABŞ Maliyyə Nazirliyinə artıq 2,5 milyard dollar ödəyiblər. Gələcəkdə isə əlavə ödənişlər ediləcək və ümumi məbləğ 10 milyard dollara çatacaq.

Qeyd edək ki, 2026-cı ilin yanvarında Çin şirkəti ByteDance TikTok-un ABŞ bölməsinin amerikalı investorlar tərəfindən alınması ilə bağlı razılaşma imzalamışdı. Razılaşma elan edilərkən Donald Tramp bildirmişdi ki, “ABŞ böyük məbləğ və komissiya əldə edəcək”.

DenMedia.az