Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna ilə bağlı danışıqlar ABŞ-ın İranla qarşıdurması fonunda “Santa Barbara”ya çevrilib.
Onun sözlərini Strana.ua nəşri yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələri görüşün yalnız ABŞ ərazisində keçirilməsini istəyirlər, çünki mövcud təhlükəsizlik vəziyyətinə görə başqa ölkələrə səfər etməkdən çəkinirlər. Rusiya nümayəndə heyəti isə görüş üçün İsveçrə və ya Türkiyə variantını təklif edir.
“Yaxın Şərqdəki müharibəyə görə bu danışıqlarla bağlı əsl Santa Barbara yaranıb. Amerikalılar görüşə hazır olduqlarını deyirlər, amma yalnız ABŞ-da, çünki müharibə və təhlükəsizlik vəziyyəti onlara ölkədən çıxmağa imkan vermir”, — deyə Vladimir Zelenski bildirib.
Qeyd olunur ki, “Santa Barbara” ifadəsi 1990-cı illərdə televiziya ekranlarında nümayiş olunan məşhur Amerika serialından yaranıb və uzun, qarışıq və sonsuz görünən prosesləri təsvir etmək üçün istifadə olunur.