Geri qayıt Çap et

Vaşinqtondan xəbərdarlıq: İranın tərəfdarları üçün nəticələr ağır ola bilər

Avropada NATO qüvvələrinin ali baş komandanı, general Alexus Qrinkeviç ABŞ-ın İranın müttəfiqlərinin hərəkətlərinə sərt cavab verməyə hazır olduğunu bildirib. Bu barədə ABŞ Senatının mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ qüvvələrinə qarşı hücumlarda Tehrana yardım edən istənilən tərəf qətiyyətli cavabla üzləşəcək.

Qrinkeviç vurğulayıb ki, amerikalı hərbçilərin təhlükəyə atılmasına səbəb olan hər kəsə qarşı sərt reaksiya verilməlidir.

General qeyd edib ki, Vaşinqton ABŞ qüvvələrinə qarşı hücumlarda Tehrana göstərilən dəstəyi diqqətsiz qoymayacaq.

DenMedia.az