Geri qayıt Çap et

The Sun İranın yeni liderinin kritik vəziyyətdə olduğunu yazdı

İranın yeni ali lideri olduğu iddia edilən Müctəba Xameneinin ağır yaralandığı və koma vəziyyətində olduğu barədə məlumat yayılıb. Bu barədə The Sun qəzeti mənbələrə istinadən yazıb.

Məlumata görə, 56 yaşlı Müctəba Xamenei hava zərbəsi nəticəsində ağır xəsarətlər alıb.

Mənbələrin iddiasına görə, öldürülmüş ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei ən azı bir ayağını itirib, həmçinin mədə və ya qaraciyər nahiyəsindən ciddi zədələr alıb.

Qəzetin yazdığına görə, Müctəba Xamenei hazırda Tehran şəhərində yerləşən Sina Universitet Xəstəxanasının reanimasiya şöbəsində saxlanılır və onun vəziyyətinin “son dərəcə ağır” olduğu bildirilir.

Bununla yanaşı, İran Xarici İşlər Nazirliyi bir gün əvvəl yaydığı açıqlamada Müctəba Xameneinin yaralandığını təsdiqləsə də, onun vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Eyni zamanda The New York Times yazır ki, İranın yeni lideri ABŞ və İsrailin hücumlarının ilk günündə yaralanmış ola bilər.

Denmedia.az