Almaniyada yenotların tutulmasına görə mükafat verilməsi təklif olunub. Bu barədə Bild qəzeti yazır.
Məlumata görə, yenotlar hazırda Almaniyanın demək olar ki, bütün ərazisində geniş yayılıb, xüsusilə Hessen federal torpağında və ölkənin şərq bölgələrində onların sayı sürətlə artıb. Avropa İttifaqı bu heyvan növünü invaziv növ hesab edir və onun yerli fauna üçün təhlükə yaratdığını bildirir.
Ekoloqlar qeyd edir ki, invaziv növlər dünyada biomüxtəlifliyin azalmasının əsas beş səbəbindən biridir.
Alman Ovçular Assosiasiyasının (DJV) prezidenti Helmut Dammann-Tamke bildirib ki, yenotların sayının artması daha sərt nəzarət tədbirləri tələb edir.
Yenot hər şeyi yeyir – göldəki qurbağadan ağacdakı cücəyə qədər. Buna görə effektiv ov üçün ümummilli standartlara və tələlərdən istifadə ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına ehtiyac var.
DJV nümayəndələri Almaniyanın bütün ərazisində yenotların tutulmasına və ovuna daimi şəkildə icazə verilməsini təklif edirlər.
Eyni mövqeni CDU parlament qrupunun ovçuluq, balıqçılıq və təbiətin qorunması üzrə işçi qrupunun rəhbəri Mark Henrixmann da dəstəkləyib. O, yenotların vurulmasına görə ovçulara pul mükafatı verilməsini təklif edib.
Yenotların sayının partlayış kimi artması həm ovçular, həm də təbiət mühafizəçiləri üçün ciddi narahatlıq yaratmalıdır. Söhbət bir çox həssas növün sağ qalmasından gedir.