Geri qayıt Çap et

Tramp İranı dünyanı məhv etməyə çalışan “şər imperiyası” adlandırdı

ABŞ prezidenti Donald Tramp İrana “şər imperiyası” deyə müraciət edib. O, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq onun üçün əsas prioritetlərdən biridir və ABŞ buna imkan verməyəcək.

Prezident kimi mənim üçün ən böyük və ən vacib məsələ şər imperiyası olan İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Əks halda Yaxın Şərqin və əslində bütün dünyanın məhv olması təhlükəsi yarana bilər. Mən buna heç vaxt imkan verməyəcəyəm.

O, həmçinin qeyd edib ki, ABŞ dünyanın ən böyük neft istehsalçılarından biridir və buna görə də neftin yüksək qiymətlərindən iqtisadi baxımdan faydalana bilir.

Tramp vurğulayıb ki, hazırda onun üçün İran məsələsi enerji qiymətlərindən daha vacibdir.

Denmedia.az