Geri qayıt Çap et

Muctəba Xamenei barədə şayiələr: Tehrandan mövqe açıqlandı

CNN telekanalının məlumatına görə, İranın yeni ali lideri Muctəba Xamenei ABŞ və İsrailin hücumlarının ilk günü ayaq sümüyünü sındırıb. Bildirilir ki, onun üzündə kəsiklər və sol gözünün altında göyərmə də olub.

Bundan əvvəl İran hökumətinin müşaviri və prezidentin oğlu Yusif Pezeşkian Muctəba Xameneinin sağ-salamat olduğunu bildirmişdi. O, bu açıqlamanı The New York Times qəzetində yayılan, 28 fevral hücumundan sonra Xameneinin vəziyyətinin ağır olduğu barədə xəbərlərə cavab olaraq verib.

Eyni zamanda Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verib ki, Şimali Koreya ABŞ və müttəfiqlərinin İrandakı hərəkətlərini pisləyir və Muctəba Xameneiyə dəstək verir. Şimali Koreya Xarici İşlər Nazirliyi ölkələrin ərazi bütövlüyünün pozulmasının və daxili işlərə müdaxilənin qəbuledilməz olduğunu bildirib.

Bundan başqa, The New York Times yazıb ki, Ağ Ev administrasiyası İranın Hörmüz boğazını bağlamaqla genişmiqyaslı iqtisadi müharibə başlatmaq imkanını kifayət qədər qiymətləndirməyərək strateji səhv edib. Məqalədə qeyd olunur ki, bəzi amerikalı rəsmilər İran rəhbərliyinin aradan qaldırılmasının daha praqmatik siyasətçilərin hakimiyyətə gəlməsinə gətirib çıxaracağını düşünürdülər.

DenMedia.az