ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı əməliyyatda artıq qələbə qazanılıb, lakin hərbi əməliyyatın hələ başa çatmadığını vurğulayıb. O, bu barədə Kentukki ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Artıq qalib gəlmişik. Düşünürəm ki, əməliyyatın ilk saatında qalib gəldik.
Bununla yanaşı, Donald Tramp son günlərdə olduğu kimi yenidən qeyd edib ki, əməliyyat hələ bitməyib.
Biz hələ işi tamamlamalıyıq.
ABŞ prezidenti həmçinin xatırladıb ki, Beynəlxalq Enerji Agentliyi strateji ehtiyatlardan 400 milyon barel neftin bazara buraxılması qərarını açıqlayıb.
Bu, qiymətləri xeyli aşağı salacaq.
Lakin Donald Tramp bu təşəbbüs çərçivəsində ABŞ-ın hansı konkret addımlar atacağını açıqlamayıb.