Geri qayıt Çap et

BMW modellərində qüsur aşkarlandı: 150 min avtomobil geri çağırıldı

BMW şirkəti Çin bazarında starterdə aşkar olunan texniki qüsura görə təxminən 148 min avtomobili geri çağırır. Bu barədə məlumat Çin Xalq Respublikasının Dövlət Bazar Tənzimləmə İdarəsinin saytında yerləşdirilən rəsmi müraciətdə qeyd olunub.

Qüsurlu starter sistemi avtomobilin işə düşməsində çətinlik yarada bilər, bəzi hallarda isə hətta yanğın riski formalaşdıra bilər.

Bildirilir ki, geri çağırılma BMW-nin ikinci, dördüncü, beşinci, altıncı və yeddinci seriyaları, eləcə də X4, X5, X6 və Z4 modellərini əhatə edir. Söhbət 31 iyul 2020-ci ildən 22 dekabr 2022-ci ilə qədər istehsal olunan avtomobillərdən gedir.

DenMedia.az