Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna böhranı ilə bağlı ABŞ-ın mövqeyinə “çəhrayı eynəklərlə baxmamaq” çağırışları özünü doğruldub.
Diplomat bu fikri “Müasir media: texnologiyalar, mənalar, kadrlar” adlı konfransda səsləndirib. Bu barədə TASS məlumat yayıb.
Zaxarova xatırladıb ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranı kontekstində ABŞ-ın mövqeyini ayıq şəkildə qiymətləndirməyin vacibliyini vurğulamışdı.
“Çəhrayı eynəklərlə baxanlar müvafiq nəticəni gördülər. Reallığı düzgün qiymətləndirənlər isə buna hazırlaşmağa vaxt tapdılar”, – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Peskovun həmin fikirləri zaman keçdikcə aktuallığını təsdiqləyib və bu ifadə artıq “zamanın sınağından çıxmış sitat” kimi qiymətləndirilə bilər.