Afrika İttifaqına üzv ölkələr köləlik dövrünə görə Avropa dövlətlərindən reparasiya tələb etməyə hazırlaşır. Bu barədə The Telegraph nəşri məlumat yayıb.
Məlumata görə, hüquqşünaslar BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək üçün iddia hazırlayırlar. Məqsəd bu məsələ üzrə qərar çıxarılmasına nail olmaqdır.
Nəşr yazır ki, bu addım Böyük Britaniyanın Çaqos adalarını qaytarmağa məcbur edildiyi hüquqi strategiyanın təkrar tətbiqinə əsaslana bilər.
Bildirilib ki, mümkün iddia Fransa, İspaniya, Portuqaliya və Böyük Britaniyaya qarşı yönələcək.