Geri qayıt Çap et

İsrailin qadağan olunmuş ölümcül silahdan istifadə etdiyi iddia olunur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, İsrailin Livana endirdiyi zərbələr zamanı fosfor istifadə edilməsi ilə bağlı məlumatlar əldə edib. Bu barədə ÜST-nin Beyrutdakı nümayəndəsi Abdinəsir Abubəkar İsveçrədə keçirilən brifinqdə açıqlama verib.

Qurumun rəsmi saytında yayılan məlumata görə, ÜST bu iddialarla bağlı araşdırmanı davam etdirəcək.

“Bu məlumatları almışıq. Xəstəxanalarla əlaqə saxlamışıq. Hazırda fosfor və ya digər kimyəvi maddələrin istifadəsi ilə bağlı xəsarət alanlar barədə məlumat əldə etməmişik. Araşdırmanı davam etdiririk və bu hadisədən zərər çəkənlərin olub-olmadığını izləyirik”, — deyə Abdinəsir Abubəkar bildirib.

Denmedia.az