Uqandanın müdafiə naziri, general Muxuzi Kayneruqaba bildirib ki, qadına evlilik təklifi edərkən bir diz üstə çökən hər bir kişi həbs olunacaq. Bu barədə Africa Global News məlumat yayıb.
Nazirin sözlərinə görə, belə bir ənənə “ağlar tərəfindən uydurulmuş mənasızlıqdır” və Afrika mədəniyyətinə yad hesab olunur. Buna görə də nişan zamanı qadının qarşısında diz çökən kişilərin qaçılmaz şəkildə saxlanılacağını bildirib.
Muxuzi Kayneruqaba, Uqanda prezidenti Yoveri Museveninin böyük oğlu, tez-tez qalmaqallı açıqlamaları ilə tanınır.

Son çıxışında o, bu qaydanı pozanların hansı maddə ilə məsuliyyətə cəlb olunacağını dəqiqləşdirməyib, lakin bəyanat artıq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İstifadəçilərin bir qismi yerli ənənələrin qorunmasını dəstəkləyir, digərləri isə belə təhdidləri absurd və şəxsi azadlıqlara zidd hesab edir.