Geri qayıt Çap et

“Dostcasına”: Trampın növbəti hədəfi bəlli oldu

ABŞ prezidenti Donald Tramp Floridada keçirdiyi mətbuat konfransında Kubanın statusunun dəyişəcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton adaya nəzarət imkanını da daxil olmaqla müxtəlif variantları nəzərdən keçirir.

Tramp hesab edir ki, Havana dərin böhran içindədir və ölkə ya Ağ Ev ilə razılaşmaya getməli, ya da ABŞ məsələni özü həll edəcək.

“Bu dostcasına baş verə bilər, ya da yox. Bunun fərqi yoxdur, çünki onlar həqiqətən son həddədirlər. Onların enerjisi yoxdur, pulları yoxdur. Onlar çox dərin humanitar böhran içindədir və biz bunu görmək istəmirik”, — deyə Donald Tramp bildirib.

Onun fikrincə, adadakı kritik vəziyyət razılaşmanı qaçılmaz edir. Kuba hakimiyyəti isə bu açıqlamaya hələlik rəsmi münasibət bildirməyib.

Denmedia.az