Geri qayıt Çap et

Belarusdan Tehrana dəstək: Minsk İrana yardım təklif etdi

Belarus prezidenti Aleksandr Lukaşenko İran səfiri ilə görüşdə Tehrana yardım etməyə hazır olduqlarını bildirib.

Bu barədə BelTA agentliyi məlumat yayıb.

Məlumata görə, Aleksandr Lukaşenko Belarusda fəaliyyət göstərən İran səfiri Alireza Sanei ilə görüş zamanı Minskin Tehrana yardım etməyə hazır olduğunu deyib.

“Bu vəziyyətdə Belarus ölkənin bu münaqişə ilə bağlı tutduğu mövqedən çıxış edərək nə ilə kömək edə bilər”, — deyə Lukaşenko səfirə müraciət edərkən bildirib.

Görüş zamanı Yaxın Şərqdəki vəziyyət və münaqişənin mümkün nəticələri müzakirə olunub.

DenMedia.az