İran qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşən ABŞ səfirliyinə həyata keçirdiyi hücum diplomatik missiyanın kəşfiyyatla əlaqəli obyektinə ciddi ziyan vurub. Bu barədə məlumatı The Washington Post yayıb.
Qəzetin əldə etdiyi daxili sənədə görə, iki pilotsuz uçuş aparatı Riyaddakı səfirlik ərazisində yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin stansiyasını hədəfə alıb.
Hücum nəticəsində binanın damının bir hissəsi çöküb. Bildirilir ki, səfirlik əməkdaşları hazırda ərazidə qalaraq mümkün hücumlardan sığınacaqda gizlənirlər. Kəşfiyyat idarəsi isə hadisə ilə bağlı ətraflı şərh verməkdən imtina edib.
Mənbə bildirib ki, hücum səfirliyə “struktur zədələri” yetirib.