Geri qayıt Çap et

Şahın oğlu siyasi səhnəyə qayıdır?

İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ölkədə hüquqi dövlətin qurulmasına hazırlaşır.

Bu barədə onun anası Fərha Pəhləvi Times of Israel nəşrinə müsahibəsində bildirib.

“Əsas məsələ İran xalqının sülh yolu ilə, nizamlı və suveren keçid naminə birləşmək bacarığı olacaq”, – deyə o vurğulayıb.

Fərha Pəhləvinin sözlərinə görə, Rza Pəhləvi belə bir keçid prosesinə hazırlaşır və ölkənin gələcəyi üçün alternativ model üzərində işləyir.

Şahın həyat yoldaşı həmçinin bildirib ki, İranın ali lideri Əli Xameneyinin ölümü tarixi əhəmiyyət daşıyır, lakin bunun avtomatik şəkildə rejim dəyişikliyinə gətirib çıxaracağını düşünmür.

DenMedia.az