Geri qayıt Çap et

Hegset İrana qarşı əməliyyatı tarixin ən mürəkkəb əməliyyatlarından biri adlandırdı

ABŞ müdafiə naziri Pit Hegset İrana qarşı əməliyyatın tarixdəki ən mürəkkəb və ən hədəfli hərbi kampaniyalardan biri olduğunu bildirib.

Onun sözlərinə görə, məqsəd İranın raket sistemlərini, raket istehsalını, hərbi-dəniz qüvvələrini və təhlükəsizlik infrastrukturunu məhv etməkdir.

“İranın heç vaxt nüvə silahı olmayacaq.”

Nazir əlavə edib ki, əməliyyat uzunmüddətli olmayacaq və Vaşinqton müharibənin gedişinə özü nəzarət edir.

“Bu müharibənin şərtlərini biz müəyyən edirik. Ambisiyalarımız utopiya deyil.”

Hegset vurğulayıb ki, ABŞ əməliyyatı öz şərtləri ilə başa çatdıracaq.

DenMedia.az