İran demək olar ki, tam internet blokadasına keçib.
Beynəlxalq monitorinq xidməti NetBlocks sosial şəbəkədə bildirib ki, ölkədə artıq 48 saatdan çoxdur internetə çıxış yoxdur. Məlumata görə, şəbəkə bağlantısı faktiki olaraq kəsilib və əhalinin böyük hissəsi onlayn platformalara daxil ola bilmir.
“İranda internetin kəsilməsi 48 saatdan artıqdır.”
Hazırda rəsmi qurumlar tərəfindən geniş izah verilməyib. Vəziyyətlə bağlı əlavə məlumat gözlənilir.