Geri qayıt Çap et

İran raketləri Qətərdə enerji obyektlərini vurdu

İran raketləri Qətərin enerji infrastrukturuna zərbə endirib. Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Qətər Müdafiə Nazirliyinin açıqlamasına görə, raketlərdən biri Mesaieed elektrik stansiyasına məxsus su anbarına, digəri isə Ras Laffan sənaye şəhərində yerləşən və QatarEnergy şirkətinə aid enerji obyektlərindən birinə düşüb.

Nazirliyin məlumatında bildirilir ki, ümumilikdə iki raket hücumu qeydə alınıb. Hadisə nəticəsində yaralanan və ya həlak olanlarla bağlı məlumat daxil olmayıb.

“Zərərin və itkilərin həcmi müvafiq qurumlar tərəfindən qiymətləndiriləcək, rəsmi açıqlamalar daha sonra təqdim ediləcək”, – deyə telekanal Müdafiə Nazirliyinə istinadən bildirib.

DenMedia.az