Geri qayıt Çap et

Tramp iranlılara təhlükəsizlik zəmanəti vermədi

ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyətin devrilməsinə çağırdığı vətəndaşların təhlükəsizliyi ilə bağlı hər hansı öhdəlik götürməkdən çəkinib.

Onun sözlərini The New York Times belə sitat gətirib:

“Heç bir istiqamətdə konkret vəd vermirəm.”

Tramp bildirib ki, bu mərhələdə belə təminatları müzakirə etmək tezdir.

Xatırladaq ki, ABŞ prezidenti bir gün əvvəl İranda aparılan əməliyyat çərçivəsində Amerika Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin mümkün olduğunu da etiraf etmişdi.

Denmedia.az