İtaliyanın müdafiə naziri Quido Krozettо İran ətrafındakı gərginlik fonunda Dubayı tez tərk etmək üçün adi tarifdən üç dəfə artıq ödəniş etdiyini açıqlayıb. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Nazir bildirib:
“Hərbi reyslə qayıdacağam, lakin bundan əvvəl Çampinodakı 31-ci eskadrilya komandanlığı ilə razılaşaraq hökumət reysləri üçün nəzərdə tutulan tarifdən üç dəfə artıq məbləğ ödədim.”
Krozettо ailə üzvlərini özü ilə aparmadığını da qeyd edib və onların bu qərarı başa düşdüyünü bildirib.