Geri qayıt Çap et

ABŞ-ın İran üçün üç mümkün lider variantı var

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranı idarə edə biləcək üç namizəd onun diqqətindədir, lakin adları açıqlamaqdan imtina edib.

The New York Times qəzetinə müsahibəsində o deyib:

“Mənim üç çox yaxşı variantım var. İndi onları açıqlamayacağam. Əvvəlcə işi başa çatdıraq.”

Tramp İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin mümkün namizəd olub-olmadığı sualını isə cavabsız qoyub.

Qəzet yazır ki, Tramp “yeni rəhbərlik praqmatik tərəfdaş kimi davranarsa”, Tehrana qarşı sanksiyaların yumşaldılmasını istisna etmir.

Eyni zamanda o, administrasiyasının İran xalqını müdafiə edib-etməyəcəyi ilə bağlı dəqiq mövqe bildirməyib. Xatırladılır ki, Tramp daha əvvəl iranlıları hakimiyyəti devirməyə çağırmışdı.

“Heç bir vəd vermirəm. Hələ tezdir. Bizim işimiz var idi və onu çox yaxşı yerinə yetirdik. Hətta qrafiki xeyli qabaqlamışıq”, — deyə Tramp əlavə edib.

Denmedia.az