Küveyt və Qətərin hava hücumundan müdafiə qüvvələri İranın pilotsuz aparat hücumlarını dəf edir. Bu barədə Associated Press məlumat yayıb.
Agentliyin istinad etdiyi Küveyt Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, hava hədəfləri izlənilir və məhv edilir. Hadisə nəticəsində xəsarət alan və ya dağıntı barədə məlumat yoxdur.
Qətər Müdafiə Nazirliyi də İran istiqamətindən uçan raket və pilotsuz aparatların ələ keçirildiyini açıqlayıb. Rəsmi məlumata görə, zərərçəkən yoxdur.
Qeyd olunur ki, ABŞ və İsrailin birgə əməliyyatına cavab olaraq İran regiondakı Amerika hərbi obyektlərinə, o cümlədən Bəhreyn, Qətər və Küveytdə yerləşən bazalara zərbələr endirir.