Geri qayıt Çap et

Co Bayden səhnəyə qayıdır – Cənubi Karolinada ilk ictimai çıxış

ABŞ-nin keçmiş prezidenti Co Bayden Cənubi Karolina ştatında ictimai tədbirə hazırlaşır. Bu barədə tədbirin təşkilatçıları X sosial şəbəkəsində məlumat yayıblar. Tərəfdarları ilə planlaşdırılan görüş onun uzun fasilədən sonra ilk açıq çıxışı olacaq.

Tədbirin təşkilatçıları bildiriblər ki, görüş Baydenin dövlət xidmətindəki irsinə həsr olunacaq. Keçmiş prezidentlə görüş üçün biletlər ödənişlidir və qiyməti 125 ABŞ dollarıdır. Biletlər hələ də satışdadır.

Bu çıxış, seçki sonrası siyasi səhnədən nisbətən kənarda qalan Baydenin yenidən ictimai müzakirə müstəvisinə qayıdışı kimi qiymətləndirilir.

DenMedia.az