Geri qayıt Çap et

Nüvə dosyesi üzrə üçüncü raund – Danışıqlar sabah başlayır

İran və ABŞ arasında nüvə dosyesi üzrə üçüncü raund danışıqlar fevralın 26-da Cenevrədə keçiriləcək.

Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatemeh Mohajerani brifinqdə məlumat verib.

“Sabah Cenevrədə danışıqlar baş tutacaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, məsləhətləşmələrin gedişi ilə bağlı məlumatı İran Xarici İşlər Nazirliyinin nümayəndələri ictimaiyyətə çatdıracaq.

DenMedia.az