Suriya Ordusuna bağlı bölmələr 14 ildən sonra ilk dəfə Şamda yerləşən Naməlum Əsgər Abidəsində iftar vaxtı ramazan topu atıb.
Tədbir Suriyada ənənəvi ramazan adətlərindən birini yenidən yaşatmaq məqsədilə təşkil olunub və Müdafiə Nazirliyinin hərbçilərinin iştirakı ilə keçirilib.
Ramazan ayının simvollarından birinə çevrilən bu ənənə bir çox ərəb və islam ölkələrində geniş yayılıb.
Suriyada ramazan topu 2011-ci ildə başlayan vətəndaş müharibəsi səbəbindən, həmçinin təhlükəsizlik və silah istifadəsinə tətbiq edilən məhdudiyyətlərə görə təxminən 14 il atılmamışdı.