Geri qayıt Çap et

Fridrix Merts 90 faizdən artıq dəstəklə XDS sədri seçildi

Almaniya Kansleri Fridrix Merts fevralın 20-də keçirilən partiya qurultayında yenidən Xristian-Demokrat İttifaqının XDS sədri seçilib. Nümayəndələrin 90 faizdən çoxu onun lehinə səs verib. Qərar partiyanın qurultayında qəbul olunub.

Səsvermənin yayımı Phoenix televiziya kanalı vasitəsilə canlı təqdim edilib.

“Seçilməyimi qəbul edirəm”, – deyə Merts səsvermənin nəticələrindən sonra bildirib və partiya üzvlərinə təşəkkür edib.

Qeyd edək ki, XDS sədrliyi uğrunda başqa namizəd olmayıb.

DenMedia.az