Geri qayıt Çap et

Pentaqon Trampı Vaşinqton və Linkolnla eyni sırada göstərdi

Pentaqon ABŞ vətəndaşlarını Prezidentlər Günü münasibətilə təbrik edərkən hazırkı lider Donald Trampı sabiq prezidentlər Corc Vaşinqton və Avraam Linkoln ilə eyni sırada göstərib. Müdafiə qurumu müvafiq paylaşımı X sosial şəbəkəsində yayımlayıb.

Paylaşımda Donald Trampın qara-ağ fotosu — qırmızı qalstukla — arxa planda Corc Vaşinqton və Avraam Linkolnun portretləri fonunda təqdim olunub. Prezidentlərin təsvirlərinin altında ABŞ-ın strateji bombardmançısı olan B-2 təyyarəsinin silueti yerləşdirilib.

DenMedia.az