Geri qayıt Çap et

Qəzzada gərginlik yenidən alovlandı: İsrail ordusu Qəzzaya zərbə endirdi

İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS silahlı qruplaşmasının Qəzza sektorunda olan bir neçə döyüşçüsünə hava zərbəsi endirib.

 Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbə endirilən şəxslər İsrail hərbçilərinə və İsrail dövlətinə qarşı çoxsaylı terror aktları həyata keçirən və planlaşdıran döyüşçülər olub.

SAXAL-ın açıqlamasında vurğulanıb ki, hücum atəşkəs razılaşmasının kobud şəkildə pozulmasına cavab xarakteri daşıyır. Qeyd olunub ki, bazar ertəsi səhər saatlarında terrorçular Rafah şəhərinin şərqində yerləşən yeraltı tuneldən çıxaraq İsrail hərbçilərinə atəş açıblar.

DenMedia.az