Geri qayıt Çap et

Böyük Britaniya Kiprə F-35 qırıcıları göndərdi

Böyük Britaniya İran ətrafında artan gərginlik fonunda Kiprə altı ədəd F-35 qırıcısı göndərib. Bu barədə Times qəzeti yazıb.

Nəşrin məlumatına görə, qırıcılar Kiprdə yerləşən Akrotiri hərbi aviabazasına yerləşdirilib. Qeyd olunur ki, bu addım ABŞ-ın İrana mümkün zərbələri və bunun regionu daha geniş münaqişəyə sürükləyə biləcəyi ilə bağlı narahatlıqlar fonunda atılıb.

“Böyük Britaniya Kiprdəki Akrotiri Hərbi Hava Qüvvələri bazasında qırıcılar yerləşdirib. Məqsəd, ABŞ-ın İrana hücum ehtimalı ilə bağlı artan təhlükəsizlik narahatlıqları fonunda müdafiəni gücləndirməkdir”, — deyə nəşrdə bildirilir.

Müəlliflər vurğulayır ki, altı F-35B qırıcısı cümə günü Marham Hərbi Hava Qüvvələri aviabazasını tərk edib.

DenMedia.az