Geri qayıt Çap et

Fransa prokurorluğundan sərt qərar: Mask ifadə verəcək

Fransa Prokurorluğu milyarder İlon Maskı və sahibkar Linda Yakkarinonu 20 aprel 2026-cı il tarixində dindirilmək üçün çağırıb.

Bu barədə prokurorluğun BFMTV telekanalının yaydığı rəsmi açıqlamasında bildirilib.

Eyni zamanda Fransada X sosial şəbəkəsinin (keçmiş Twitter) yerli ofisində axtarışlar aparıldığı qeyd olunur. Axtarışlar kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları tərəfindən Europolun iştirakı ilə həyata keçirilir.

Araşdırma 2025-ci ilin yanvarında başlanmış istintaq çərçivəsində aparılır.

DenMedia.az