Geri qayıt Çap et

Ukrayna vuruldu: Xeyli sayda ölən var

Ukraynanın Dnepropetrovsk vilayətində mülki avtobusun dron hücumuna məruz qalması nəticəsində ölən və yaralananlar var.

DenMedia.az  xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja Teleqram kanalında paylaşım edib. Onun sözlərinə görə, insident Pavloqrad rayonu ərazisində qeydə alınıb.

Qeyd olunub ki, hadisə zamanı 12 nəfər həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, hücuma məruz qalan avtobusda mədən sahəsində çalışan işçilər olub. Onlar iş növbəsini başa vuraraq geri qayıdarkən pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Hadisə ilə bağlı araşdırmaların aparıldığı, xəsarət alanların isə tibbi müəssisələrə yerləşdirildiyi qeyd olunur.