Geri qayıt Çap et

ABŞ-ın İrana hücum etməkdə əsas məqsədi… – Xamenei

İranın ali rəhbəri Əli Xamenei ABŞ–İran münasibətləri ilə bağlı növbəti sərt açıqlama  verib.

DenMedia.az xəbər verir ki, o, iki ölkə arasında artıq 40 ildən çoxdur davam edən gərginliyin əsas səbəbinin Vaşinqtonun İranı nəzarət altına almaq istəməsində gördüyünü bildirib.

Xameneinin sözlərinə görə, ABŞ-ın əsas məqsədi İranı “ram etmək”, yəni onu siyasi və iqtisadi baxımdan tam təsiri altına salmaqdır. O vurğulayıb ki, bu planların qarşısını alan əsas amil İran xalqının mövqeyi və İslam Respublikasının mövcudluğudur.

Ali rəhbər qeyd edib ki, İran xalqı xarici təzyiqlərə baxmayaraq öz müstəqilliyini qorumaqda davam edir və ölkə heç bir gücün diktəsi ilə hərəkət etməyəcək.(Globalinfo.az)