Geri qayıt Çap et

Le Pen partiyasında fikir ayrılığı: Rusiya və Ukrayna xətti toqquşur

Fransanın sağçı “Milli Birlik” (Rassemblement National) partiyasında Rusiyaya münasibət fonunda yaranmış daxili parçalanma davam edir.

Bu barədə Politico nəşri məlumat yayıb.

Məlumata görə, Moskvanın mövqelərini dəstəkləyən “köhnə qvardiya” deputatları Ukraynanın tərəfində yer alan yeni nəsil parlamentarilərlə üz-üzə gəlib. Nəşr qeyd edir ki, bu fikir ayrılığı partiya daxilində siyasi xəttin formalaşmasına ciddi təsir göstərir.

DenMedia.az