Suriya Prezidenti Əhməd əl-Şaraa yanvarın 28-də rəsmi səfərlə Moskvaya gəlib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Əhməd əl-Şaraa arasında keçiriləcək görüşdə Rusiyanın Suriya Ərəb Respublikasındakı hərbi kontingenti, ikitərəfli əməkdaşlıq — ilk növbədə iqtisadi sahədə — və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.