Geri qayıt Çap et

The Times of Israel iddia edir: Xamenei ailəsi ilə birlikdə bunkerə çəkilib

İranın ali rəhbəri Ayətullah Xamenei ABŞ-ın İslam Respublikasına mümkün hücumu ərəfəsində yeraltı bunkerdə gizlənib.

Bu barədə The Times of Israel müxalif Iran International saytına istinadən məlumat yayıb.

Müxalif mənbənin bildirdiyinə görə, yüksəkvəzifəli rəsmilər ABŞ-ın bölgəyə əhəmiyyətli hərbi qüvvələr göndərməsi fonunda “potensial hücum riskinin artdığını” qiymətləndirdikdən sonra Xamenei yeraltına çəkilib. Qeyd olunur ki, ayətullah ailəsi ilə birlikdə bunkere aparılıb və elit mühafizə bölməsi tərəfindən qorunur.

Xamenei gizləndiyi müddətdə onun üçüncü oğlu Məsud Xamenei atasının ofisinin gündəlik fəaliyyətini üzərinə götürüb və hökumət rəhbərləri ilə “əsas əlaqə kanalı” kimi çıxış edir. Bildirilir ki, ali rəhbərin bunkeri möhkəmləndirilib və bir-biri ilə əlaqəli tunellər sisteminə malikdir.

Britaniyanın International Business Times nəşri kəşfiyyat mənbələrinə istinadla yazır ki, Xameneinin məxfi və gücləndirilmiş bunkeri Tehranın Lavizan rayonunda yerləşir. Bu ultra-məxfi obyekt ən azı 90–100 metr dərinlikdədir və zenit sistemləri ilə qorunur.

Məlumata görə, bunker Fordodakı yeraltı nüvə obyektindən belə daha təhlükəsiz sayılır; həmin obyekt ötən ilin iyununda ABŞ-ın B-2 strateji bombardmançıları tərəfindən hədəfə alınmışdı.

DenMedia.az