Geri qayıt Çap et

Britaniya 2027-ci il üçün müharibə ssenarisinə hazırlaşır

Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Roland Uoker bildirib ki, Birləşmiş Krallıq 2027-ci ildə potensial müharibəyə hazırlıq məqsədilə quru qoşunlarının əsaslı şəkildə yenidən təşkilinə başlayacaq.

Uokerin sözlərinə görə, Britaniya ordusu uzunmüddətli perspektivdə ideal vəziyyəti gözləyə bilməz.

“Biz 2035-ci il üçün ideal ordu gözləyə bilmərik, hazırda mövcud olan ordunu dəyişməliyik. Məqsədim 2027-ci ilə qədər 2024-cü illə müqayisədə döyüş qabiliyyətimizi iki dəfə artırmaq, 2030-cu ilə qədər isə onu üç dəfə yüksəltməkdir”, — deyə o vurğulayıb.

Baş Qərargah rəisi müasir təhdidləri təhlükəli adlandıraraq, onların getdikcə üst-üstə düşdüyünü və bir-biri ilə əlaqəli hala gəldiyini qeyd edib. Bu kontekstdə o, Ukrayna münaqişəsinə də toxunaraq, **Rusiya**nın daha geniş strateji məqsədlərə nail olmağa çalışdığını bildirib.

Uokerin fikrincə, Vladimir Putinin məqsədi son 80 il ərzində sülhü təmin etdiyini düşündüyü transatlantik təhlükəsizlik razılaşmasını dağıtmaqdır.

DenMedia.az